Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı

Rusiyanın Bryansk bölgəsində dron hücumundan sonra körpü uçub, 10 qatar vaqonu relslərdən çıxıb.

Bu barədə qubernator vəzifəsini icra edən Yeqor Kovalçuk məlumat verib.

Kovalçuk “Max” platformasındakı kanalında yazıb:

“Dyatkovo-Lyudinovo hissəsində dron hücumu nəticəsində körpünün bir hissəsi uçub və 10 qatar vaqonu relsdən çıxıb. Xəsarət alan olmayıb”.

O əlavə edib ki, hücum nəticəsində Uneça rayonunda 18 boş vaqon da relsdən çıxıb və xəsarət alan olmayıb. O, “Rosqvardiya” hadisə yerini yoxladıqdan sonra bərpa işlərinə başlanacağını vurğulayıb.

Qubernator vəzifəsini icra edən şəxs həmçinin Navlinski rayonunda dəmir yolu relslərinə ziyan vuran başqa bir hücumun baş verdiyini, qatarların hərəkətinin pozulmadığını və heç kimin xəsarət almadığını bildirib.