Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov xəstəxanaya yerləşdirilib.
Ötən gün vəziyyəti pisləşən aktyor özəl klinikaların birinə aparılıb.
48 yaşlı sənətçinin vəziyyəti ilə maraqlanmaq üçün onunla əlaqə saxladıq. R.Səfərov bildirdi ki, hazırda vəziyyəti ötən günlə müqayisədə yaxşıdır: “Dünən dərs keçdiyim zaman kürəyimdə qəfil ağrı qopdu, sanki bıçaq saplandı. Nəfəs ala bilmirdim. İndi xeyli yaxşıyam, müalicələr davam edir. Məndə əsas problem şəkərdir. O yüksək olduğu üçün ürək-damarda da problemlərə səbəb olub. Şəkər xəstəliyi məndə ürək sıxıntıları və oksigen çatışmazlığı yaradıb”.



