Məşhur müğənni vəsiyyətini açıqladı: Mirasımı onlara verəcəm

Türkiyəli müğənni Serdar Ortaç vəsiyyətini açıqlayıb.

İfaçı mərhum aktyor Kadir İnanırın vəsiyyətini nümunə götürdüyünü bildirib.

O, İstinyedə yerləşən 8 otaqlı böyük malikanəsi də daxil olmaqla, bütün əmlakını yanında çalışan şəxslərə və vəfat edən qardaşının övladlarına buraxacağını bildirib.

“Övladım yoxdur. Mirasımı işçilərimə vəsiyyət edəcəyəm. Onsuz da bir ev var, onu da onlar bölüşəcəklər”, – deyə, Ortaç qeyd edib.(Axşam.az)