Eyni soyadlı cütlüklər daha az boşanır

Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib.

Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub.

Belə nikahların orta hesabla 30 faiz daha tez sona çatdığı da müəyyənləşib. Eyni soyadlı cütlüklər boşanmadan əvvəl təxminən 12 il, fərqli soyadlılar isə 8-10 il birlikdə yaşayıb.

2022-ci ildə aparılan araşdırmada isə eyni soyadlı cütlüklərdə münasibətlərin keyfiyyətinin bir qədər yüksək olduğu üzə çıxıb.