2027-ci ilin dövlət büdcəsinin gəlirlərinin 39 milyard 234 milyon manat olacağı proqnozlaşdırılır. Bu məbləğ proqnozlaşdırılan ÜDM-in 27,8 faizini təşkil edəcək.
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı ilkin büdcə bəyanatında bildirilib.
Büdcə gəlirlərinin 18 milyard 430 milyon manatının vergi orqanları, 11 milyard 900 milyon manatının Dövlət Neft Fondundan transfert, 6 milyard 865 milyon manatının isə gömrük orqanları hesabına formalaşacağı gözlənilir.
Bundan başqa, dövlət payı olan müəssisələrdən 855 milyon manat dividend, büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarından 599 milyon manat, sair daxilolmalardan isə 585 milyon manat gəlir nəzərdə tutulub.



