Külək turbinlərinin yaxınlığında yaşamaq təhlükəlidirmi? – Gözlənilməz CAVAB

Alimlər insanların təhlükəsizliyini təmin etmək üçün külək turbinləri ilə yaşayış məntəqələri arasında uyğun məsafənin saxlanmasının vacib olduğunu bildiriblər.

Külək turbinləri tonlarla yanacaq yandırmadan təmiz enerji istehsal etməyə imkan verir. Buna baxmayaraq, hər kəs onların yaxınlığında yaşamaq istəmir.

Mütəxəssislər külək turbinlərinin yaxınlığında yaşamağın nə dərəcədə təhlükəli olduğunu araşdırıb. Turbinlərin altında dayanmaq qorxulu görünə bilər, lakin tədqiqatçılar onların insanlar üçün ciddi təhlükə yaratmadığını bildirirlər.

Alimlər vurğulayıblar ki, təhlükəsizliyin təmin olunması üçün külək turbinləri ilə yaşayış məntəqələri arasında düzgün məsafə saxlanmalıdır.

Başqa bir araşdırmada isə turbinlərdən buz parçalarının avtomobil yollarına düşməsi riski qiymətləndirilib.

Tədqiqat müəllifləri insanların yaxınlığının nəzərə alınaraq ayrıca risk qiymətləndirilməsinin aparılmasını tövsiyə ediblər.