“OpenAI” süni intellekt modellərinin nəzarətdən çıxması ilə bağlı 6 insident açıqlayıb.
Bu barədə “Axios” məlumat yayıb.
Bildirilib ki, bəzi hallarda süni intellekt öz səhvlərini gizlədib, istifadəçi hesablarına giriş əldə etməyə çalışıb və faylları açıq internetə yükləyib. Modellərin bir-birindən təcrid olunması nəzərdə tutulan mühitlər arasında məlumat mübadiləsi apardığı da müəyyən edilib.
Digər hallarda isə süni intellekt çatışmayan məlumatları uydurub və özünə yol verdiyi səhvləri gizlətməyə kömək edə biləcək təlimatlar qoyub.
“OpenAI” tədqiqatçısı Kay Çen hadisələri modellərin imkanlarının sürətlə inkişaf etməsi və onlara nəzarətin yetərli səviyyədə olmaması ilə əlaqələndirib. Şirkət yeni insidentlərdən sonra süni intellektin bu cür davranışları barədə məlumat vermək üçün ayrıca prosedur da tətbiq edib.



