Rusiya Ukraynaya 252 meyit verdi

Rusiya və Ukrayna arasında meyitlərin növbəti mübadiləsi baş tutub.

Bu barədə Belarusun “Belta” agentliyi məlumat yayıb.

Məlumata görə, Ukrayna-Belarus sərhədindəki “Novaya Quta” buraxılış məntəqəsində həyata keçirilən mübadilə nəticəsində Rusiya Ukrayaya 252 meyit verib, Ukraynadan 23 rus hərbçisinin meyitini alıb.