ABŞ Prezidenti Donald Tramp ölkədə Çin avtomobil zavodlarının yaradılması ideyasını alqışlayıb. O, belə bir təklifə etiraz etməyib. Çünki bu cür müəssisələr amerikalılar üçün yeni iş yerləri yaradacaq.
Siyasətçi bununla bağlı “Fox News”a verdiyi müsahibədə danışıb.
“Əgər Çin bura gəlib öz avtomobillərini istehsal etmək üçün zavod açmaq istəsə, mən buna qarşı olmaram”, – Fox News onun sözlərindən sitat gətirib. Tramp nümunə olaraq artıq oxşar modeldən istifadə edən Yaponiyanı göstərib. O əsas tələbi də vurğulayıb: “Əsas məsələ odur ki, onlar bizim insanlarımızı işə götürürlər”.
Eyni zamanda, Tramp başqa bir ssenariyə – Meksikada ucuz qiymətə avtomobil istehsal edib sonra onları sərhəddən ABŞ-a göndərməyə icazə verməyəcəyini vurğulayıb. O qətiyyətlə belə bir gedişin baş verməyəcəyini bəyan edib.



