Sənubər SƏHƏRİN doğum günüdür

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, könül rahatlığı, ailə səadəti və həyatınızın hər yeni səhifəsində gözəl günlər arzulayıram!

Sizin kimi sözə, qələmə və insanlara böyük məsuliyyətlə yanaşan bir insanı təbrik etmək xüsusi bir duyğudur. Çünki Sizin yaradıcılığınızın arxasında yalnız peşəkarlıq və illərin zəhməti deyil, həm də zəngin, özünəməxsus və dərin bir daxili dünya dayanır.

Həyatın müxtəlif mərhələlərində qarşınıza çıxan çətinliklərə baxmayaraq, ruhunuzdakı nikbinliyi, insanlara olan inamınızı və həyata sevginizi qoruyub saxlamağınız Sizi fərqləndirən ən gözəl xüsusiyyətlərdəndir. Sizin gülərüzlülüyünüz və həyatsevərliyiniz asan günlərin deyil, həyatın sınaqlarından keçərək yaxşılığa inanmağı bacaran güclü bir xarakterin ifadəsidir.

Jurnalist, yazıçı və publisist kimi fəaliyyətiniz isə Sizin həyata və insanlara münasibətinizin davamıdır. Siz sözə yalnız peşə vasitəsi kimi deyil, insanlara çatmaq, onların düşüncələrinə toxunmaq və cəmiyyət üçün faydalı olmaq imkanı kimi yanaşırsınız. Gözəl qəlbli Sənubər xanım 👑 işinizə sədaqətiniz, zəhmətsevərliyiniz və illər boyu yorulmadan yaratmağınız böyük hörmətə layiqdir.

Arzu edirəm ki, bundan sonrakı həyatınızda illərlə verdiyiniz əməyin dəyərini və bəhrəsini daha çox hiss edəsiniz. Qoy qarşınıza çıxan insanlar Sizə göstərdiyiniz səmimiyyət və yaxşılığın gözəlliyi ilə cavab versinlər. Qoy yolunuz sevinc və xoş sürprizlərlə dolu olsun.

Yeni yaşınız Sizə tükənməz yaradıcılıq enerjisi, yeni ideyalar, uğurlu layihələr, mənalı görüşlər və ürəyinizi sevindirən çoxlu gözəl anlar gətirsin. Qələmınız daim iti, sözünüz dəyərli, ilhamınız bol olsun!😘

Sizə uzun və sağlam ömür, qadın xoşbəxtliyi və ürəyinizin arzuladığı bütün gözəllikləri arzulayıram.

Doğum gününüz mübarək olsun, əziz Sənubər xanım! 🌹🌹🌹
Həyatınızın bundan sonrakı səhifələri ən gözəl yazılarınız qədər işıqlı və mənalı olsun!                        

Leyla Fərat