Dünən axşam saatlarında Antalya şəhərinin Aksu və Kəpəz rayonlarında başlayan və geniş bir əraziyə yayılan meşə yanğını havadan və qurudan söndürülür.
Bu barədə “Habertürk” yazır.
Qeyd olunur ki, Antalya şəhərinin Serik, Adananın Karaisalı, Kayserinin Yahyalı və Adananın Feke rayonlarında meşə olmayan ərazilərdə başlayan yanğınları nəzarət altına alınıb.
Yanğın səbəbindən Şimal Dairəvi Yolu və Antalya-İsparta avtomobil yolunun Antalya şəhər mərkəzindən Şimal Dairəvi Yoluna qədər olan hissəsi ehtiyat tədbiri olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb.



