İran ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalara cavab olaraq Hörmüz boğazını tam blokadaya alma ehtimalını gündəmə gətirib.
Bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi açıqlayıb.
Rzayi bildirib ki, ABŞ-ın İrana qarşı iqtisadi təzyiqinə Körfəzdən başlayaraq dəniz təcrid zonasının yaradılması ilə cavab verilə bilər. O, həmçinin ABŞ-ın regiondakı hərbi gəmiləri və bazalarına qarşı əməliyyat strategiyasının yenidən nəzərdən keçirildiyini qeyd edib.
İran Xarici İşlər Nazirliyi də Tehranın ABŞ-ın dəniz blokadası və sanksiyalarına cavab olaraq öz maraqlarını qorumaq üçün tədbirlər görmək hüququna malik olduğunu açıqlayıb.
Qeyd edək ki, Vaşinqton avqust ayında İranın maliyyə təcridini gücləndirmək məqsədilə yeni sanksiyalar tətbiq etməyə başlayıb. Sentyabrın əvvəlində ABŞ maliyyə naziri Skott Bessent Avropa İttifaqının da İrana qarşı iqtisadi təzyiq kampaniyasına qoşulduğunu bildirib.



