NATO ölkə liderlərinin ölümünü proqnozlaşdıracaq

Açıq məlumatların təhlili sistemi olan “Dataminr First Alert Advanced” (FAA) NATO tərəfindən istifadə edilən “Palantir Maven Smart Systems” (MSS) proqram təminatına inteqrasiya olunacaq.

Bu barədə “Breaking Defense” (BD) məlumat yayıb.

Nəşr yazıb ki, “Dataminr” şirkətinin texnologiyası 150 dildə internetdən və digər açıq kanallardan, məsələn, təyyarə və gəmilərin transponderlərindən, eləcə də şəkil, video və səslərdən toplanan məlumatların multimodal sintezi vasitəsilə açıq mənbələrdən informasiya təqdim edir ki, bu da istənilən sahədə tələb olunan məlumatların demək olar ki, real vaxt rejimində təqdim olunmasını təmin edir.

“Dataminr” şirkətinin təsisçisi və baş direktoru Ted Beyli qeyd edib ki, FAA aparıcı KİV-lərdə məlumatlar yayımlanmamışdan 15 dəqiqə əvvəl ABŞ və İsrailin İrana zərbələri barədə məlumat əldə etməyə imkan verib, həmçinin Hörmüz boğazında əhəmiyyətli pozuntuları, neft qiymətlərinin kəskin artımını və islam ölkəsinin yüksəkvəzifəli rəhbərlərinin ölümünü proqnozlaşdırıb. Beyli, həmçinin bildirib ki, platforma istifadəçilərə fevralın 28-i səhər saatlarında İrana edilən ilk zərbələr barədə ABŞ Mərkəzi Komandanlığı “Epic Fury” (“Epik qəzəb”) əməliyyatının başlandığını rəsmi olaraq elan etməzdən üç dəqiqə əvvəl xəbərdarlıq edib.

Avqust ayında RMXTİB-in (RANXiGS) Hüquq və Milli Təhlükəsizlik İnstitutunun hərbi eksperti Aleksandr Stepanov bildirib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı uzaq mənzilli zərbələr endirmək əməliyyatlarının planlaşdırılmasında ABŞ-ın “Palantir” şirkətinin “PRISMA” proqram təminatından istifadə edir.