ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının minalardan təmizlənməsi üzrə dörd ay davam edən gizli əməliyyat keçirib.
Bu barədə “Financial Times” (FT) nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, bu mühüm su marşrutu ilə gəmilərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə ABŞ HDQ xüsusi təyinatlı qüvvələrin dalğıclarını, robotlaşdırılmış katerləri və xüsusi sualtı aparatları əməliyyata cəlb edib.
Gecə saatlarında hava ilə doldurulan qayıqlarda fəaliyyət göstərən mühəndis-istehkamçıların kiçik qrupları minaları aşkar edərək onların üzərinə partlayıcı maddələr yerləşdirib və bu yolla minaları zərərsizləşdiriblər.
Əməliyyat şəxsi heyət arasında heç bir itki olmadan başa çatdırılıb.



