164 ölkə “hə”, ABŞ təkbaşına “yox” dedi: BMT-də diqqətçəkən SƏSVERMƏ

ABŞ Afrika və dünyanın digər regionlarının real ölçülərini daha dəqiq əks etdirən “Equal Earth” xəritə proyeksiyasını dəstəkləyən BMT Baş Assambleyasının qətnamə layihəsinin əleyhinə səs verən yeganə ölkə olub.

Sənədin lehinə 164 dövlət səs verib. Daha altı ölkə – Ukrayna, Moldova, Gürcüstan, Serbiya, Litva və Estoniya – bitərəf qalıb.

Səsvermədən əvvəl ABŞ-nin BMT-dəki nümayəndəsi sənədin tamamilə rədd edilməsinə çağırıb. O bildirib ki, Vaşinqton bu təşəbbüsü xəritələrdəki təhrifləri aradan qaldırmağa yönəlmiş neytral cəhd kimi deyil, daha geniş “ideoloji gündəliyin” bir hissəsi kimi qiymətləndirir.

ABŞ tərəfi həmçinin belə qətnamələrin BMT-nin diqqətini beynəlxalq sülh, rifah və dövlətlərarası münasibətlər məsələlərindən yayındırdığını bildirib.