Rusiyada dövlət və bələdiyyə xəstəxanalarında 10 il və daha çox çalışan həkimlərin mənzil sahibi olması təklif edilir.
Bu təşəbbüslə Rusiya Kommunist Partiyasının (RKP) deputatları çıxış edib. Partiya fraksiyasının üzvləri təkliflə bağlı baş nazir Mixail Mişustinə müraciət ünvanlayıblar.
Təşəbbüsə əsasən, ilkin tibbi yardım və təcili yardım sahəsində çalışan tibb işçilərinə 10 il işlədikdən sonra xidməti mənzilləri özəlləşdirmək və ya dövlət balansında olan yaşayış sahələrini mülkiyyətinə keçirmək imkanı verilməsi təklif edilir.
RKP-nın deputatı Georgi Kamnevin sözlərinə görə, həkimlərin iş yükü yüksək, maaşları isə aşağıdır. Bu səbəbdən, xüsusilə kiçik və orta yaşayış məntəqələrində kadr çatışmazlığı problemi hələ də ciddi olaraq qalır.
Deputat bildirib ki, gənc mütəxəssislər iş yerinə yaxın ərazidə öz mənzillərinin olmaması və borc götürmədən ev almağın mümkünsüzlüyü səbəbindən ucqar bölgələrdəki tibb müəssisələrində işləməyə maraq göstərmirlər.
RKP hesab edir ki, həkimlər 10 il dövlət xəstəxanasında işlədikdən sonra mənzil sahibi olmaq perspektivi əldə etsələr, ipoteka yükündən qurtularaq həmin müəssisələrdə uzun müddət işləməyə daha çox maraq göstərəcəklər.



