Nepalda möcüzə: Altı yaşlı qız üç gün sonra dağıntılar altından xilas edildi

Nepalda baş verən şiddətli daşqından sonra altı yaşlı qız dağıntılar altından xilas edilib.

Uşaq üç gün ərzində dağıntılar altında qalıb.

O, xəstəxanaya çatdırılıb.

Qəfil daşqın avqustun 26-da Nepalın şimalında, Çinlə sərhəddə yerləşən Rasuva dairəsində baş verib. Buna Tibet ərazisində Lhende çayının məcrasını bağlayan zəlzələ və torpaq sürüşməsi səbəb olub. Bəndin yarılması Bhote-Koşi çayında suyun səviyyəsinin kəskin artmasına gətirib çıxarıb.

Nepalın maliyyə naziri Svarnim Vaqle bildirib ki, dağıdıcı daşqının nəticələrinin aradan qaldırılması üçün ölkəyə təxminən 4-5 milyard dollar vəsait lazım olacaq.

Nazir əlavə edib ki, dəymiş ziyanın qiymətləndirilməsi davam etdiyi üçün bu rəqəm hələlik ilkin hesablamadır.