“Qiyamət radiosu” yenidən işə düşdü – Sirli mesaj yayımlandı

Müəmmalı “Qiyamət günü radiostansiyası” kimi tanınan “UVB-76” bu dəfə də efirə çıxaraq anlaşılmaz mesaj yayıb.

Bazar ertəsi radiostansiyanın səciyyəvi sakit vızıltısı kəsilib və efirdə sirli kod səsləndirilib:

“NJTI NJTI 97314 ATRİY 5056 7567”

“UVB-76″nın bu tip anlaşılmaz kodları uzun illərdir maraq və müxtəlif fərziyyələrə səbəb olur. Radiostansiyanın məqsədi ilə bağlı müxtəlif versiyalar səsləndirilsə də, yayımlanan mesajların real mənası açıqlanmır.

Qeyd edək ki, bundan əvvəl, bazar günü “Qiyamət günü radiostansiyası” efirdə “qrebensçik” sözünü səsləndirmişdi.