İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 38-ə çatıb – YENİLƏNİB

İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 38-ə çatıb.

Bu barədə ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin rəhbəri Suharyanto məlumat verib.

Maqnitudası 7,7 olan zəlzələ Flores adası yaxınlığında baş verib. İlkin təkanın ardınca çoxsaylı afterşoklar qeydə alınıb. Zəlzələ nəticəsində yaşayış evləri və müxtəlif tikililər dağılıb, yollarda sürüşmələr baş verib.

10:21

İndoneziyada baş verən zəlzələ nəticəsində ən azı 20 nəfər həlak olub.

Bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Bundan əvvəl beş ölüm hadisəsi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, İndoneziyada zəlzələnin gücü 7,7 bal olub. İlkin təkandan sonra güclü afterşoklar baş verib. Flores adası sahillərində yaşayan sakinlərə sunami təhlükəsi səbəbindən evlərini tərk etmələri və sahildən ən azı 2 kilometr aralıda qalmaları tövsiyə edilib. “Jakarta Globe” qəzetinin məlumatına görə , adada dövlət və yaşayış binaları, məktəblər, tibb müəssisələri və dini qurumlar zərər görüb.