Mabel Matizlə bağlı şok qərar: Bu mahnısına görə istintaq başladıldı

Türkiyəli müğənni Mabel Matiz barəsində “Ha Leylim” mahnısına görə istintaq araşdırmasına başlanılıb.

İstanbul Respublika Baş Prokurorluğu sənətçi barəsində araşdırma başladıb.

Prokurorluğun açıqlamasında mahnının videoklipi və sözlərinin Türkiyə Cinayət Məcəlləsinin 226-cı maddəsində nəzərdə tutulan “ədəbsizlik” cinayəti əhatəsinə düşə biləcəyi bildirilib.

Açıqlamaya görə, araşdırma hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi və zəruri istintaq tədbirlərinin həyata keçirilməsi məqsədilə aparılır.