Rusiyada bir gecədə 362 PUA vuruldu – 18 region hədəfdə

Rusiyanın hava hücumundan müdafiə qüvvələri gecə saatlarında ölkə ərazisinə kütləvi PUA hücumunun qarşısını alıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Gecə ərzində Rusiya ərazisi, eləcə də Qara və Azov dənizlərinin akvatoriyaları üzərində ümumilikdə 362 Ukrayna PUA-sı vurulub.

PUA-lar Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Orenburq, Oryol, Penza, Rostov, Ryazan, Samara, Tula və Ulyanovsk vilayətləri üzərində məhv edilib.

Bundan başqa, Moskva regionu, Başqırdıstan, Krım, Tatarıstan və Krasnodar diyarı istiqamətində də pilotsuz uçuş aparatlarının ələ keçirildiyi bildirilib.

Rusiya Müdafiə Nazirliyi hücum nəticəsində ölən və yaralananlarla bağlı məlumat verməyib.