30 mindən çox şəxsə əlillik təyin olundu

Bu ilin yanvar-iyul ayları ərzində 30,2 min şəxsə əlillik təyin edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 12,8 min şəxsə ilkin, 17,4 min şəxsə təkrar əlillik təyinatı aparılıb.

“Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, tibb müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir”, – məlumatda vurğulanıb.