İran müharibəsi ABŞ-ı vurdu: Bahalaşma amerikalıları çıxılmaz vəziyyətə saldı

ABŞ-da aztəminatlı vətəndaşlar artan qiymətlər səbəbindən gündəlik tələbat mallarını almaqda çətinlik çəkirlər.

Bu barədə “Financial Times” nəşri yazıb.

Məlumata görə, İranla bağlı gərginlik və enerji bazarındakı bahalaşma ABŞ-da inflyasiyanı artırıb. Xüsusilə, Hörmüz boğazında yaranan problemlər neft qiymətlərinə təsir göstərərək yaşayış xərclərini yüksəldib.

Nəşrin iddiasına görə, ABŞ Mərkəzi Bankı inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini artırmaq məcburiyyətində qala bilər. Bahalaşma isə həm özəl sektora, həm də aşağı gəlirli ailələrə ciddi zərbə vurur.

Bildirilib ki, əgər ABŞ Hörmüz boğazında vəziyyətin sabitləşdirilməsi üçün addımlar atmasa, ölkədə inflyasiya daha da sürətlənə bilər.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Trampın da reytinqinin aşağı düşdüyü, amerikalıların onun siyasətindən, xüsusilə İranla bağlı addımlar və qiymət artımından narazı olduqları barədə məlumat yayılmışdı.