ABŞ-də bütün müşahidələr tarixi ərzində ən isti ay

Bu ilin iyul ayı ABŞ-nin kontinental hissəsində bütün meteomüşahidələr tarixi ərzində ən isti ay olub.

Bu barədə ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsindən (NOAA) məlumat verilib.

NOAA-nın məlumatına görə, ötən ay orta temperatur 76.89 dərəcə Farenheyt (təxminən 25 dərəcə Selsi) təşkil edib.

Buna baxmayaraq, Alyaskada hava qeyri-adi dərəcədə sərin olub, daha isti hava 48 ştatda müşahidə edilib.

NOAA proqnozlaşdırır ki, avqust ayında ABŞ-nin kontinental hissəsinin böyük ərazisində havanın temperaturu orta səviyyədən yuxarı olacaq.

Qeyd edək ki, iyul ayı üçün əvvəlki rekord 1936-cı ildə, ABŞ-də quraqlıq baş verdiyi zaman qeydə alınıb.