Məlum olduğu kimi, ABŞ, Ermənistan və Azərbaycanın Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı birgə bəyanat yayıb. Bəyanatda Azərbaycanın TRİPP-lə bağlı yol layihələrini başa çatdırdığı vurğulanıb:
“Ermənistanda mühəndis-tədqiqat işləri artıq həyata keçirilməkdədir. Azərbaycan öz ərazisində Ermənistanda TRIPP-ə birləşəcək avtomobil yolu və dəmir yolunun tikintisini demək olar ki, başa çatdırıb. Üç ölkə həmçinin TRIPP marşrutu boyunca elektrik enerjisinin ötürülməsi xəttinin inşasını dəstəkləyir”.
Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov, mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Hər şeydən öncə qeyd etmək lazımdır ki, TTRIPP-ə daxil yolların tikintisini başa çatdırması Azərbaycanın Vaşinqton Bəyannaməsinə sadiqliyinin göstəricisidir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli şəkildə imzalanan saziş və müqavilələrə həsaslıqla yanaşır və bu müqaviləlrdən irəli gələn öhdəlikləri vaxtında, yüksək keyfiyyətlə yerinə yetirir. Bu baxımdan, TRİPP-ə aid avtomobil və dəmir yolları çəkilişinin başa çatdırılması dövlətimizin beynəlxalq hüquq və müqavilələrə olan ehtiramının nümunəsidir.
Məlum fakt həm də onu sübut edir ki, rəsmi Bakı 8 avqust 2025-ci tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyi, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistanla imzalanan bəyannamənin şərtlərini praktiki müstəvidə sürətlə yerinə yetirməkdədir.
TRIPP-ə daxil yolların tikintisini başa çatdırması, Azərbaycanın Vaşinqton Bəyannaməsinə sadiqliyi ilə yanaşı, həm də regional sülh və tərəqqiyə verdiyi töhfə kimi də dəyərləndirilməlidir. Çünki TRİPP infrastrukturunun işləkliyinin təmin olunması yalnız Azərbaycan və Ermənistanın deyil, bütün regionun iqtisadi tərəqqisində mühüm rol oynayacaq, bu tərəqqi vəətndaşların sosial rifahına mütləq şəkildə öz müsbət təsirini göstərəcək”.



