Tramp ABŞ-da “doğum turizmi”ni QADAĞAN ETDİ

ABŞ Prezidenti Donald Tramp “doğuş turizmi” adlandırılan — uşağın sonradan Amerika vətəndaşlığı alması məqsədilə ölkədə uşaq dünyaya gətirmək üçün edilən səfərlərlə mübarizəyə yönəlmiş fərman imzalayıb.

Bu barədə “New York Post” məlumat yayıb.

Ağ Evdə çıxış edən Tramp bildirib ki, uzun illər ərzində yüz minlərlə əcnəbi ABŞ konstitusiyasının ölkə ərazisində doğulan uşaqlara vətəndaşlıq verilməsini nəzərdə tutan müddəalarından sui-istifadə edib.

“Bu, böyük bir biznesə çevrilib və biz buna son qoymaq niyyətindəyik”, – deyə Amerika lideri vurğulayıb.

Tramp yeni fərmanın tətbiqi ilə bağlı təfərrüatları açıqlamayıb. Yalnız o məlumdur ki, sənəd əcnəbilərin turizm səfəri adı altında ABŞ-a giriş rəsmiləşdirməsi, lakin əslində sırf uşaq dünyaya gətirmək üçün gəlməsi təcrübəsinin qarşısını almalıdır.