Qızılın qiyməti son 7 həftənin ən yüksək həddinə çatdı

Qızılın qiyməti ardıcıl dördüncü gündür ki, artır. Hazırda qiymət son yeddi həftənin ən yüksək səviyyəsinə çatıb.

Qiymət artımı Hörmüz boğazının yenidən açılması ilə bağlı ümidlərin artması fonunda baş verir. 

Son məlumata görə, qızılın qiyməti 1 faiz artaraq bir unsiya üçün 4,285.69 dollara çatıb. Bu isə iyunun 18-dən bəri ən yüksək göstəricidir. 

ABŞ qızıl fyuçersləri isə 0,9 faiz artaraq 4,345.50 dollar olub. Bu artımı, həmçinin ABŞ dollarının zəifləməsi və Xəzinədarlıq istiqrazlarının gəlirliliyinin aşağı düşməsi də dəstəkləyib.