Heç kim bunu gözləmirdi: Gərginlik artır, neft isə ucuzlaşır

ABŞ və İran arasında münaqişənin yenidən başlamasına baxmayaraq neft qiymətlərində azalma olub.

Hazırda dünya birjalarında “Brent” markalı neftin qiyməti 1,43 dollar azalaraq 89,31, “Light” markalı neftin bir barelinin qiyməti isə 1,03 bənd azalaraq 83,43 dollara satılır.

“Bloomberg” bildirir ki, neft tankerləri Yaxın Şərqi tərk etsə də bahalaşma baş verməyib.

Ekspertlər bunu olduqca maraqlı situasiya hesab edirlər.