Rusiyanın Penza bölgəsindəki “Wildberries” anbarına dronlar hücum edib. İlkin məlumatlara görə, bir nəfər yaralanıb.
Bu barədə vilayət qubernatoru Oleq Melniçenko bildirib.
Melniçenko “Telegram”da qeyd edib:
“Ukrayna dronları “Wildberries” anbarına hücum həyata keçirib. İlkin məlumata görə, bir nəfər yaralanıb və təxminən 200 işçi təxliyə edilib”.
Onun sözlərinə görə, hadisə yerinə təcili yardım maşınları, yanğınsöndürənlər, təcili yardım xidmətləri və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Anbar ərazisində açıq atəş müşahidə olunur və yanğınsöndürənlər yanğınla mübarizə aparırlar.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri gecə ərzində Rusiya bölgələri üzərində 258 Ukrayna PUA-sını vurub.




