Hindistan Ukrayna səfirini XİN-ə çağırıb

Hindistan hökuməti Qara dənizdə Hindistan vətəndaşlarının çalışdığı ticarət gəmilərinə hücumlardan sonra Ukraynanın ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Yeni Dehli münaqişə zonasında çalışan Hindistan vətəndaşlarının təhlükəsizliyi ilə bağlı artan narahatlıq fonunda bu addımı atıb.

Bundan əvvəl Hindistan Xarici İşlər Nazirliyi vətəndaşlarına döyüş əməliyyatlarının getdiyi ərazilərdə fəaliyyət göstərən kommersiya gəmilərində işə düzəlməzdən əvvəl riskləri diqqətlə qiymətləndirməyi tövsiyə edib.