Ukrayna prezidenti Volodimir Zelenski birgə müəssisə çərçivəsində Böyük Britaniyada böyük bir dron istehsalı zavodu tikmək niyyətində olduğunu açıqlayıb.
Zelenski bu barədə Britaniyanın “Sky News” televiziya kanalına verdiyi müsahibədə deyib.
O, qarşılıqlı faydaya ümid edərək yeni texnologiyalar təklif etməyə və britaniyalı tərəfdaşları ilə təcrübə mübadiləsi aparmağa hazır olduğunu bildirdi.
Zelenski həmçinin bildirib ki, Böyük Britaniyanın yeni Baş naziri Endi Bernemlə “çox güclü” dron razılaşması əldə etmək istəyir.
“The Guardian” qəzeti daha əvvəl bildirmişdi ki, Zelenski ilə Bernem arasında iyulun 27-də Ukrayna hərbçilərinin təlim keçdiyi hərbi bazada görüş planlaşdırılır və onların dronlar üçün “Stone Cloak” elektron müharibə sistemi də daxil olmaqla birgə layihələri müzakirə edəcəkləri gözlənilir.




