6 prokurora şiddətli töhmət verildi, ikisi işdən çıxarıldı

Bu il işdən çıxarılan prokurorluq işçilərinin sayı açıqlanıb. 

Baş Prokurorluğun 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair Kollegiya iclasında bildirilib ki, bu ilin 6 ayında prokurorluq orqanlarında aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Onlardan 6-na töhmət və ya şiddətli töhmət elan edilib, 2 nəfər isə tutduğu vəzifədən azad olunub.