Yaponiyada qadınların orta yaş göstəricisinə görə yeni rekord müəyyənləşdi

Yaponiya qadınların orta ömür müddətinə görə növbəti dəfə rekord yeniləyib. 2025-ci ilin nəticələrinə əsasən, bu rəqəm 87.33 yaşa yüksəlib.

Müvafiq rəqəmlər ölkənin Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunub.

Sözügedən ölkədə orta yaş rəqəmləri 2023-cü ildən etibarən ciddi dəyişikliyə məruz qalmayıb. Yaponiya qadınlar arasında bu meyar üzrə ardıcıl olaraq 41-ci dəfə rekord göstəriciyə imza atır. 2024-cü ildə bu rəqəm 87.13 olub.

Yaponiyalı kişilərin orta ömrü isə 81.35 yaş təşkil edir (əvvəlki ildə – 81.09). Bu göstəricilərə görə, ölkə qlobal miqyasda İsveç, Norveç, İtaliya və bir sıra digər dövlətlərdən sonra yeddinci pillədə qərarlaşıb.

Keçmiş illərdə koronavirus infeksiyası səbəbindən Yaponiyada orta yaş göstəricisində azalma müşahidə edilib. Lakin 2023-cü ildən etibarən göstəricilər əvvəlki illərin nəticələrini geridə qoymağa başlayıb.