Banqladeş prezidenti Məhəmməd Şahabuddin səhhətində yaranan ciddi problemlər səbəbindən istefa verib.
Bu barədə “Reuters” məlumat yayıb.
O, son tibbi müayinələr zamanı Avtonom Neyropatiya diaqnozu qoyulduğunu və bu səbəbdən tez-tez huşunu itirdiyini açıqlayıb.
Qeyd edək ki, 76 yaşlı prezident 2023-cü ilin aprelindən bu vəzifəni tuturdu.




