Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 78 ton dondurulmuş balıq və balıq məhsulları idxal edib. İdxalın ümumi dəyəri 300 min dollardır.

Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat verib.

Qeyd edilib ki, idxal ötən illə müqayisədə 9 dəfə artıb. Ümumilikdə, Gürcüstan bu ilin birinci yarısında 8661 ton balıq və balıq məhsulları idxal edib ki, bunun da ümumi dəyəri 29 milyon dollardır.