Sumqayıt şəhərinin Stansiya Sumqayıt qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsindən verilən məlumata görə, qaz xəttində aparılacaq təmir işləri ilə əlaqədar abonentlərin qaz təminatı dayandırılacaq.
Bildirilib ki, diametri 76 millimetr olan qaz xəttində aşkarlanan sızmaların aradan qaldırılması məqsədilə təmir tədbirləri həyata keçiriləcək.
Təmir işləri ilə bağlı bu gün saat 11:30-dan etibarən ərazidə yaşayan 1700 abonentin qaz təchizatı müvəqqəti olaraq kəsiləcək.
Qurum qeyd edib ki, işlər yekunlaşdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa ediləcək.




