Böyük Britaniyadan vətəndaşlarına təcili müraciət: Əgər İrandasınızsa…

Böyük Britaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına müraciət edərək, İranı tərk etməyə çağırıb. 

Nazirlik vətəndaşlara İrana səfər etməməyi də tövsiyə edib.

Bir gün əvvəl Böyük Britaniya İrandakı diplomatik heyətini müvəqqəti olaraq ölkədən təxliyə edib.

“İrana səyahət etməməyi tövsiyə edirik, səfirlik uzaqdan fəaliyyətini davam etdirir.

Əgər siz Britaniya vətəndaşısınızsa və artıq İrandasınızsa, istər sakin, istərsə də turist kimi, xahiş edirik, orada qalmağınızı və bununla bağlı riskləri diqqətlə nəzərdən keçirin.

Ən son məlumatlar üçün yerli və beynəlxalq medianı izləyin.

Təhlükəsizlik və ya hərbi obyektlərin yaxınlığındakı ərazilərdən qaçın. Gediş planlarınızı müntəzəm olaraq nəzərdən keçirin”, – nazirliyin müraciətində bildirilir.