DÇ-2026-da danışılmış oyun olub? – FİFA araşdırmanın nəticəsini açıqladı

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2026-cı il Dünya Kubokunda oyunların danışılması və ya şübhəli mərc fəaliyyəti ilə bağlı heç bir dəlil tapmayıb.

Bu barədə “SBC News” məlumat yayıb.

Təşkilatın xüsusi işçi qrupu turnirdəki bütün 104 oyunu nəzərdən keçirib. Mütəxəssislər bukmeker hesabatlarını və mərc məlumatlarını təhlil etdiblər, sonra onları monitorinq iştirakçılarından alınan məlumatlarla müqayisə ediblər.

İşçi qrupuna UEFA, KONMEBOL, KONKAKAF, Asiya və Afrika Futbol Konfederasiyaları, eləcə də FTB, İnterpol, BMT, Avropa Şurası və “Sportradar” nümayəndələri daxil olub.

Araşdırma nəticəsində, mərclərin matç nəticələrinə mümkün təsiri ilə bağlı heç bir hal aşkar edilməyib.