Rusiyada əcnəbilərin vətəndaşlıq və yaşayış icazəsi alması ilə bağlı qaydalar sərtləşdirilir.
Dövlət Duması əvvəllər Rusiya vətəndaşlığı əldə etmək məqsədilə bağlanan saxta nikahların qarşısını almaq üçün tədbirlər görüb.
Bildirilib ki, bəzi əcnəbilər hətta yaşlı qadınlarla formal nikaha girərək ölkədə yaşamaq və Rusiya pasportu almağa çalışıblar.
İndi isə deputatlar yeni qanun layihəsinə baxacaqlar. Layihəyə əsasən, Rusiyada və ya xaricdə hər hansı cinayətə görə məhkumluğu götürülməmiş və ya ödənilməmiş əcnəbilər Rusiya vətəndaşlığı, yaşayış icazəsi və ya müvəqqəti yaşamaq icazəsi ala bilməyəcəklər.
Belə hallar sənədlər verildikdən sonra üzə çıxarsa, artıq verilmiş sənədlərin də ləğv edilməsi mümkün olacaq.




