Cəlilabadlı veteran idmançı pauerliftinq üzrə dünya çempionu olub

Tbilisidə pauerliftinq idman növü üzrə veteran idmançılar arasında dünya çempionatı keçirilib.

Çempionatda Azərbaycanı 90 kiloqram çəki dərəcəsində Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin ağır atletika idmanı üzrə baş məşqçisi 65 yaşlı Qadir Babayev (65 yaş) təmsil edib.

İdmançımız bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.