ABŞ Administrasiyası Quantanamo və Virciniya adaları da daxil olmaqla 14 müxtəlif məkanda miqrantların saxlanma mərkəzlərinin yeni bloklarını tikmək üçün podratçı şirkətlər axtarır.
Bu barədə “Time” nəşri məqalə dərc edib.
Bildirilib ki, İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) saxladığı şəxslərin sayının artması səbəbindən müvafiq obyektlərdə ciddi yer çatışmazlığı qeydə alınıb. Nəşrin mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ rəhbərliyi gündəlik olaraq 2 min miqrantın saxlanılması normasını təsdiqləyib. Qeyd edək ki, ICE daha əvvəl kommersiya təyinatlı anbarların alınıb saxlanma məntəqələrinə çevrilməsi üçün 1 milyard dollar vəsait xərcləyib. Ancaq ekofəalların məhkəmə şikayətləri nəticəsində həmin layihələrin böyük bir hissəsi təxirə salınıb.
Jurnalın məlumatına əsasən, bu proqramın ümumi dəyəri 10 milyard dollara çatacaq. Layihə çərçivəsində Honolulu adası, həmçinin Mayami, Texas, Arizona, Nyu-York, İllinoys, Luiziana və Puerto-Rikodakı mövcud obyektlərin genişləndirilməsi də nəzərdə tutulur.




