“Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edilib

“Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parklarının rezidenti olan hüquqi şəxslər tərəfindən sənaye parklarında istehsal məqsədilə xammal kimi idxal istisna olmaqla, xarici iqtisadi fəaliyyətin mal nomenklaturunun 7213 (7213 91 410 0 altyarımmövqeyi istisna olmaqla) və 7 214 mal mövqeyində təsnifləşdirilən “dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar”ın bir tonu üçün – 150 manat gömrük yığımlarının məbləği müəyyənləşib.