SEPAH ABŞ-ın Küveyt və İordaniyadakı hərbi bazalarına zərbələr endirdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Küveyt və İordaniyadakı hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib.

SEPAH-ın açıqlamasına görə, “Nəsr-2” əməliyyatının səkkizinci mərhələsi çərçivəsində Küveytdə yerləşən ABŞ-nin “Əli əl-Səlim” aviabazasındakı C-RAM erkən xəbərdarlıq radiolokasiya sistemi və ABŞ hərbçilərinin dislokasiya məntəqəsi birgə zərbələrin hədəfi olub.

ABŞ-ın İordaniyadakı “Əl-Əzraq” aviabazasına da zərbələr endirilib.

Bildirilir ki, hücum nəticəsində ABŞ Silahlı Qüvvələrinə məxsus rabitə sistemləri və yanacaq anbarları hədəfə alınıb.

ABŞ və Küveyt, eləcə də İordaniya rəsmiləri hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyiblər.