ABŞ-ın məşhur restoranlar şəbəkəsi olan “McDonald’s” Rusiyaya qayıtmayacaq.
Bu barədə TASS məlumat yayıb. Nəşr “Vkusno — i tocka” şirkətinin baş direktoru Oleq Paroyevə istinad edib. O bildirib ki, “McDonald’s” iki səbəbdən ölkəyə qayıtmayacaq.
Onun sözlərinə görə, Amerika brendi əhəmiyyətli geosiyasi dəyişikliklər və Rusiya istehlakçısının fərqli bazara istiqamətləndirilməsi səbəbindən geri qayıtmayacaq. Paroyev qeyd edib ki, “McDonald’s”ı əvəz edən yerli brend müştəri etibarını qazanmağı və brend mövqeyini gücləndirməyi bacarıb.
İş adamı onu da vurğulayıb ki, “artıq kimsə bizim burada uzunmüddətli perspektiv üçün fəaliyyət göstərəcəyimizə” şübhə etmir.
Xatırladaq ki, rusların da sevimli restoranına çevrilmiş “McDonald’s” 2022-ci ilin may ayında Rusiyadan çıxdığını elan etmişdi. Şirkət Rusiya biznesini sahibkar Aleksandr Qovora satıb və şəbəkənin adı dəyişdirilərək “Vkusno — i tocko” olub. Tərəflər razılığa gəliblər ki, Amerika korporasiyası aktivlərini yalnız 15 il ərzində bazar şərtləri ilə geri ala biləcək.




