Mane milli ilə vidalaşdı

Dünyaca məşhur hücumçu Sadio Mane Seneqal millisində karyerasını başa vurub.

“Bu bayraq uğrunda hər şeyimi fəda etmişəm. Bütün gücümü sərf edərək, ölkəmiz üçün həmişə əzmlə mübarizə aparmışam”, – deyə Mane bildirib.

Qeyd edək ki, 34 yaşlı forvard Seneqal yığmasının heyətində 130 oyuna çıxaraq 54 qola imza atıb və yığmanın tarixində ən sərrast oyunçu olub. O, millinin heyətində Afrika Millətlər Kubokunun (2021) qalibi olmaqla yanaşı, 2019 və 2026-cı illərdə turnirin gümüş medalını qazanıb.

2023-cü ildən Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun şərəfini qoruyan Mane 2026-cı ildə ölkə çempionu adını qazanıb. Bundan əvvəl seneqallı futbolçu Fransanın “Mets”, Avstriyanın “Zalsburq”, İngiltərənin “Sauthempton” və “Liverpul”, eləcə də Almaniyanın “Bavariya” klublarında çıxış edib.