Ukrayna Taqanroq körfəzində iki tankeri vurdu

Ukrayna dronları Taqanroq körfəzində iki tankerə hücum edib, yanğın başlayıb. 

Bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar məlumat verib.

Slyusar özünün Telegram kanalında yazıb: “Taqanroq körfəzində iki tanker yenidən PUA-ların hücumuna məruz qalıb və mexaniki zədə alıb”.

Onun sözlərinə görə, xəsarət alan yoxdur və tanker heyəti təxliyə edilib.

PUA-nın zərbəsi nəticəsində yanğın baş verib, gəmilərdən birində proses davam edir, digərində isə yanğın tamamilə söndürülüb.