Venesuelada qeydə alınan zəlzələlər səbəbindən həyatını itirənlərin sayı 3342 nəfərə yüksəlib.
Bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges “X” platformasında məlumat yayıb. Bildirilib ki, dağıdıcı təbii fəlakət nəticəsində 16 740 nəfərin xəsarət alıb. Onun təqdim etdiyi məlumatlara əsasən, indiyədək 6 462 nəfər xilas edilib.
Rodrigesin sözlərinə görə, 190-dan çox bina tamamilə çöküb, 856-sı isə zədələnib. Fəlakət nəticəsində 17 345 nəfər evsiz qalıb. Eyni zamanda, 23 820 yaralı xəstəxanalardan evə buraxılıb.
Zəlzələnin fəsadlarının aradan qaldırılması prosesinə 29.5 min nəfərlik şəxsi heyət, eləcə də 4 min beynəlxalq mütəxəssis və təxminən 27.5 min könüllü cəlb edilib.
Xatırladaq ki, iyunun 24-ü axşam saatlarında Venesuela sahillərində iki ardıcıl və şiddətli yeraltı təkan baş verib. İlk zəlzələnin maqnitudası 7.2, ikincinin isə 7.5 olub, onlar arasındakı vaxt fərqi bir dəqiqədən az təşkil edib. Ölkə prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges Venesuelada fövqəladə vəziyyət rejimi tətbiq edib.




