“Biz artıq Azərbaycan vətəndaşları üçün təkcə Şarm-əş-Şeyxə səfərlər zamanı yox, demək olar ki, Misirin bütün ərazisinə gəliş zamanı viza almaq imkanını tətbiq etmişik”.
Bunu Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Husaməddin Əffat Mustafa Reda bildirib.
“Eyni zamanda, biz Misir vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsi üzərində azərbaycanlı dostlarımızla işləyirik”, – deyə səfir qeyd edib.




