Rus ordusu Limanı niyə ələ keçirmir?

Rusiya qoşunları Ukraynanın Liman şəhərinin cənubunda fəaliyyətini gücləndirib, çünki şəhərin özündə irəliləyiş əldə edə bilmirlər.

Bu barədə “DeepState” monitorinq layihəsinin analitikləri məlumat veriblər.

“Düşmən Ozernoye və Krivaya Luka ərazilərində fəal hücum əməliyyatları aparır. Uzun müddət ərzində cüzi irəliləyiş əldə etsə də, davamlı olaraq itkilər verir. Düşmənin məqsədi Rayqorodok yaşayış məntəqəsinə çataraq, orada möhkəmlənmək və daha sonra Slavyansk və onun aqlomerasiyası istiqamətində hücumu inkişaf etdirməkdir. Bununla da düşmən Liman uğrunda birbaşa döyüşlərdən yayınmağa çalışır. Çünki şəhərə daxil olmaq cəhdləri, daim böyük itkilərlə nəticələnir”, – məlumatda qeyd olunub.