Qırğızıstanda 12 illik tədris sistemi təsdiqləndi: Qaydalara dəyişiklik edildi

Qırğızıstanın ümumtəhsil müəssisələri rəsmi olaraq 12 illik tədris sisteminə keçirilib. Bununla bağlı hökumət tərəfindən müvafiq normativ-hüquqi aktlara dəyişikliklər edilib.

Ümumi təhsilin birinci pilləsinin altı il, ikinci pilləsinin üç il, üçüncü pilləsinin isə üç il olacağı təsbit edilib. Beləliklə, təhsilin ümumi müddəti 12 ili əhatə edəcək.

Tədris ilinin davamlılığı 34 həftədən az olmayacaq. Birinci (32 həftə) və ikinci (33 həftə) sinif şagirdləri üçün istisnalar tətbiq olunub. Tətillərin ümumi müddəti ən azı 30 gün, yay tətili isə azı 14 həftə təşkil edəcək.

Bu qərar tədris ilinin optimal müddətinin müəyyənləşdirilməsi və ümumtəhsil müəssisələrində dərs yükünün rasional şəkildə bölüşdürülməsi məqsədilə qəbul olunub.

Qərar rəsmi dərc olunduğu gündən 10 gün sonra qüvvəyə minəcək.